DÇ-2019: Anton Çupkovdan yeni dünya rekordu, Avstraliyadan növbəti çempionluq

DÇ-2019: Anton Çupkovdan yeni dünya rekordu, Avstraliyadan növbəti çempionluq

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında kişi üzgüçülərin 200 m. məsafəyə arxa üstə, 200 m. məsafəyə brass və 4x200 m. məsafəyə sərbəst üsulla üzmə yarışlarında qaliblər müəyyənləşib.

1.53,40-lıq göstəricisi ilə finişə hamıdan tez çatan Yevqeni Rılov (Rusiya) 200 m. məsafəyə arxa üstə üzmə yarışında çempion olub. Rayan Mörfi (ABŞ) yalnız Rılovdan geri qalıb. Lyuk Qrinbak (Böyük Britaniya) isə bürünc medalla kifayətlənib.

Brass üsulu ilə 200 m. məsafəyə üzmə yarışında yenə Rusiya idmançısı qalib gəlib. Anton Çupkov 2.06,12 ilə yeni dünya rekordu müəyyənləşdirib. Dünya rekordunun sabiq sahibləri - Metyu Vilson və İppey Vatanabe isə müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.

Sərbəst üsulda 4x200m. məsafəyə kişilərin estafet mübarizəsində Klayd Luis, Kayl Çelmers, Aleks Qrehem və Mak Hortondon ibarət Avstraliya yığması hamını qabaqlayıb. Rusiya ikinci, ABŞ isə üçüncü nəticə göstərib.
 
Qeyd edək ki, Avstraliya millisi DÇ-2019-da qadınların sərbəst üsulla 4x100 m. və 4x200 m., o cümlədən mikstlərin kompleks üsulla 4x100 m. məsafəyə komanda yarışlarında da qızıl medal qazanıb.


Su İdman növləri üzrə dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Kişilər

Arxa üstə üzmə, 200 m.

1. Yevqeni Rılov (Rusiya) - 1.53,40
2. Rayan Mörfi (ABŞ) - 1.54,12
3. Lyuk Qrinbank (Böyük Britaniya) - 1.55,85

Brass, 200 m.

1. Anton Çupkov (Rusiya) - 2.06,12 (dünya rekordu)
2. Metyu Vilson (Avstraliya) - 2.06,68
3. İppey Vatanabe (Yaponiya) - 2.06,77

Sərbəst, 4x200 m. estafet

1. Avstraliya - 7,00.85
2. Rusiya - 7,01.81
3. ABŞ - 7.01,98

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR