DÇ-2019: İspaniyanın yarımfinaldakı rəqibi Avstraliya oldu

DÇ-2019: İspaniyanın yarımfinaldakı rəqibi Avstraliya oldu

Kişi basketbolçuların dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Sonuncu yarımfinalçının müəyyənləşdiyi matçda Avstraliya və Çexiya milliləri üz-üzə gəlib. İlk yarını "yaşıl qitə" təmsilçisi 3 xal öndə tamamlayıb. Üçüncü periodun sonlarına doğru Andrey Lemanisin yetirmələri üstünlüklərini daha da möhkəmləndiriblər. Sona qədər fərqin qapanmasına izin verməyən Avstraliya Çexiyanı 82:70 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Patrik Mills 24 xalla komandasının qələbəsində əsas pay sahibi olub. Çexiyanın heyətində Tomaş Satoranski qarşılaşmanı 13 xal, 13 məhsuldar ötürmə və 9 ribaundla tamamlayıb. Patrik Auda isə 21 xalla oynayıb.


Dünya çempionatı

Çin

1/4 final

Avstraliya - Çexiya - 82:70


Avstraliya yarımfinalda İspaniya yığması ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR