Dabodan sevgilisinə doğum günü sürprizi... - FOTO

Dabodan sevgilisinə doğum günü sürprizi... - FOTO

Bu yaxınlarda "Neftçi”ni "Apollon”a dəyişən Baqali Dabo sevgilisinə doğum günü sürprizi edib.

Sport7.az xəbər verir ki, Bakıdakı dəbdəbəli və əyləncəli həyatları ilə daim "Instagram”ı bəzəyən cütlük Limassolda da bu xobbilərini davam etdirirlər.

Cənubi Kiprdə günəşli günlərin sayı və çimərliklərin sayı daha çoxdu. Sərt karantin rejimi də turizm bölgələrində tətbiq olunmur. Bu isə Daboyla onun həyat yoldaşı Tuğbanın işinə yarayır.

Tez-tez gecə klublarına və dəbdəbəli restoranlara baş çəkən cütlük çimərlikdə günəşlənməyə də bol zaman ayırırlar. Bir neçə gün bundan əvvəl Tuğba özünün doğum gününü qeyd edib.
 
Fransalı hücumçu bu münasibətlə yaxta icarəyə götürüb və sevgililər doğum gününü açıq dənizdə əylənməklə yaddaqalan ediblər.
 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR