Dadaşov debüt etdi, komandası 1 xal qazandı

Dadaşov debüt etdi, komandası 1 xal qazandı

Portuqaliya çempionatında 3-cü turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pasuş de Ferreyra” da növbəti matçına çıxıb. Səfərdə "Boavişta” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Əvvəlki iki turda forma şansı qazanmayan millimizin üzvü yeni komandasında debüt edib. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

Renat bu yay İngiltərənin "Vulverhempton” klubuna transfer olunsa da, "Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 1 xalla sonuncu pillədədi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR