Daha 2 futbolçu

Daha 2 futbolçu "İnter"də qalmağa razılıq verdi

Avroliqaya hazırlıqlarını davam etdirən "İnter" 2 yeni xəbərə sevinib.

Sport7.az xəbər verir ki, Səlahət Ağayevin komandaya qayıtmasından sonra daha 2 futbolçunun klubda karyerasını davam etdirəcəyinə aydınlıq gəlib.

Belə ki, Gürcüstan millisinin üzvləri - Baçana Tsxadadze, Aleksandr Amisulaşvili və Laşa Salukvadze məşqçiləri - Kaxaber Tsxadadze və Georgi Çixradze kimi ölkəmizi tərk etsə də, qapıçı Georgi Lomaya komandada qalacaq. O, yeni baş məşqçi Zaur Svanadzenin xahişini yerə salmayıb. Bundan başqa, kosta-rikalı Dieqo Madriqal da az pula komandaya qayıtmağa və yeni müqavilə bağlamağa razı olub.

AZAL-dan gəlmiş Laşa Kasradzedən sonra hazırda "Dila" ilə Gürcüstan çempionu olmuş yarımmüdafiəçi Nika Kvekveskirinin də komandada olacağı böyük ehtimal olunur. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Svanadzeyə köməkçi təyin edilmiş Slavço Georgiyevski də ölkəsi Makedoniyadan az pula oynamağa razılıq verən futbolçularla danışıqlar aparır.

Millimizdə də oynamış dağıstanlı Abdulla Abatsiyev isə Rusiyada çıxış edə bilər. Rusiyanın I dəstəsində çıxış edən "Tümen" klubu Abatsiyevi sıralarına qatmaq istəyir. Elə Abdulla da daha "İnter"də çıxış etməkdə maraqlı deyil.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR