Daha bir beynəlxalq turnir təxirə salındı

Daha bir beynəlxalq turnir təxirə salındı

Fransanın Mets şəhərində keçirilməsi nəzərdə tutulan "Moselle Open” tennis turniri təxirə salınıb.

Sport7.az xəbər verir ki, təqvimə görə, turnir sentyabrın 20-27-də keçirilməli idi. Lakin həmin vaxt "Rolan Qarros”un təsnifat mərhələsi təşkil olunacaq. Bu səbəbdən turnir 2021-ci ildə keçiriləcək.

Turnirin hazırkı qalibi fransalı Jo-Vilfrid Tsonqadır.

Metsdə dekabrın 4-5-də nümayiş xarakterli tennis turnirinin təşkil olunması nəzərdə tutulub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR