Daha bir çempionat yekunlaşdırıldı, çempion elan olundu

Daha bir çempionat yekunlaşdırıldı, çempion elan olundu

COVİD-19 daha bir çempionatın erkən yekunlaşdırılmasına səbəb olub.
 
Sport7.az xəbər verir ki, Şoftlandiya Futbol Federasiyası çempionatın bitirildiyini rəsmən açıqlayıb. Hazırda turnir cədvəlinə liderlik edən "Seltik" çempion elan olunub. Bu "ağ-yaşıllar"ın 9-cu çempionluğu kimi tarixə keçib. Son sıralarda yer alan "Hearts" isə aşağı dəstəyə göndərilib. 
 
Qərar Premyerşipdə yer alan 12 klubun nümayəndəsi ilə görüşlərdən sonra verilib. 
 
Klubların reytinqi müəyyənləşdirilərkən baş tutan görüşlərdən toplanan xallardan orta rəqəmlər çıxarılıb. 13 martda dayandırılan çempionatın turnir cədvəlindəki yeganə dəyişiklik "St. Constoun"un 6-cı pilləyə keçməsi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR