Daha bir güləşçimiz qızıl medal uğrunda yarışacaq

Daha bir güləşçimiz qızıl medal uğrunda yarışacaq

Yunan-Roma güləşçilərimizin Hərbçilərin Dünya Oyunlarında uğurlu çıxışı davam edir.
 
Sport7.az xəbər verir ki, Rafiq Hüseynov (87 kq) əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda koreyalı Sanqyeok Parkı üstələyib - 5:1.

Rafiq yarımfinalda 4 il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə "tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırıb.
 
Güləşçimiz finalda macar Viktor Lorintslə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR