Daha bir klubun prezidenti koronavirusdan öldü

Daha bir klubun prezidenti koronavirusdan öldü

Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker vəfat edib.

Sport7.az xəbər verir ki, 76 yaşlı Kes Bakkerin ölümünə səbəb koronavirus pandemiyası olub. Sabiq prezident martın 21-də xəstəxanaya yerləşdirilib. Onun ağ ciyərində xərçəng şişi də olub. 

Qeyd edək ki, Kes Bakker 2003-2004, 2008 -2009 və 2016-2017-ci illərdə "Vitess"in prezidenti olub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb. 

Onu da qeyd edək ki, bundan əvvəl "Real"ın sabiq prezidenti Lorenso Sans koronavirusdan vəfat edib. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR