Daha bir məşhur futbolçu karyerasını bitirdi

Daha bir məşhur futbolçu karyerasını bitirdi

İsveçrə millisinin sabiq futbolçusu Stefan Lixtştayner karyerasını başa vurub. 

Sport7.az xəbər verir ki, bu barədə İsveçrə Futbol Federasiyasının rəsmi "Twitter" hesabı məlumat yayıb. Keçmiş müdafiəçi 36 yaşında futbolla vidalaşıb. 

Lixtştayner İtaliyanın "Yuventus" və İngiltərənin "Arsenal" klubunun formasını geyinib. Müdafiəçi 7 dəfə İtaliya çempionu olub, "Arsenal"la isə 2019-cu ildə Bakıda keçirilmiş Avropa Liqasının finalında "Çelsi"yə uduzub - 1:4.

Son olaraq Almaniyada "Auqsburq"un formasını geyinən futbolçu 108 dəfə İsveçrə millisinin formasını geyinib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR