Daha bir qızıl medalı Xetaq Qazyumov qazandı

Daha bir qızıl medalı Xetaq Qazyumov qazandı

Avropa və dünya çempionumuz Xetaq Qazyumov Azərbaycana 10-cu qızıl medalı qazandırıb.

Sport7.az xəbər verir ki, sərbəst güləş üzrə 97 kq çəki dərəcəsində güləşən Qazyumov finalda gürcü Elizbar Odikadze ilə qarşılaşıb.

Görüş təmsilçimiz üçün uğurla başa çatıb. Belə ki, milliləşdirilmiş osetin güləşçi 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Xetaqın ilk sınağı təsnifat mərhələsinə təsadüf edib. Güləşçimiz öncə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Rəqibinə çətin anlar yaşadan Xetaq qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib - 10:0. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla güləşib və yenə də inamlı qələbə qazanıb - 4:0. Dünya çempionumuz yarımfinala gedən yolda belaruslu İbrahim Saidovu xalçaya dəvət edib. Daima formada olan milliləşdirilmiş legionerimiz bu rəqibinə də yerini göstərib - 2:1. Qazyumov yarımfinalda Abdusalam Qadisovla üz-üzə gəlib. O, ötən il dünya və Avropa çempionatının finalında uduzduğu rəqibindən bu dəfə revanş alıb. 
 
Qeyd edək ki, bu ümumilikdə Azərbaycana qazandırılan 22-ci mükafat olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR