Daha iki komanda Avro-2020-yə vəsiqə qazandı

Daha iki komanda Avro-2020-yə vəsiqə qazandı

2020-ci ilə keçiriləcək Avropa çempionatında iştirak edəcək növbəti komandalar müəyyənləşib.

G qrupunda Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub edən Polşa xallarının sayını 19-a çatdırıb və sona iki tur qalmış Avro-2020-yə "bilet" qazanıb.

Polşa ilə yanaşı, Kipri 5:0 hesabı ilə darmadağın edən Rusiya millisi də Avropa çempionatına vəsiqəni təmin edib. Stanislav Çerçesovun yetirmələrinin aktivində 21 xal var. Onlar I qrupunda ikinci sırada qərarlaşıblar.

Qeyd edək ki, daha əvvəl Belçika və İtaliya yığmaları seçmə mərhələdən qitə çempionatına vəsiqə qazanmışdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR