Dani Alves, Alisson, Everton - Amerika Kubokunun ən yaxşıları

Dani Alves, Alisson, Everton - Amerika Kubokunun ən yaxşıları

Amerika Kubokunda fərdi mükafatların sahibləri müəyyənləşib.

Dani Alves "turnirin ən yaxşı futbolçusu" seçilib. Çempionatın gedişində 6 matçda meydana çıxan braziliyalı futbolçu 1 dəfə rəqib qapılarına yol tapıb.

Braziliya millisinin üzvü Alisson "ən yaxşı qapıçı" mükafatına layiq görülüb. Amerika Kubokunun gedişində oyun epizodlarında qapısını toxunulmaz saxlayan 26 yaşlı qolkiper sadəcə final matçında Paolo Qerreronun penaltidən vurduğu qola mane ola bilməmişdi.

Bir başqa braziliyalı Everton Amerika Kubokunun bombardiri olub. Onun aktivində 3 qol və 1 məhsuldar ötürmə var.

Feyr-pley mükafatı isə Braziliya millisinə təqdim olunub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR