Daniil Kvyat:

Daniil Kvyat: "Ümid edirəm ki, gələcəkdə belə yarışlardan çox olacaq"

"Toro Rosso" pilotu Daniil Kvyat Almaniya Qran-prisində baş verənləri şərh edib:

"Evə indi çatmışam. Əlbəttə ki, ilk olaraq qızımı görməyə getdim. Onu ilk dəfə görmək inanılmazdı. Bu hissləri sözlə təsvir edə bilmərəm.

Ümid edirəm ki, yarış xoşunuza gəldi. Məncə, izləyicilər Almaniya Qran-prisindən zövq aldılar. Start çətin alındı və bir nöqtədən sonra düşünürdüm ki, yaxşı xal qazanmaq mümkün olmayacaq. Sonra həlledici hadisə baş verdi. Doğru zamanda pit-stop etdik. Pit-stop zamanlaması ideal idi və bu sayədə podium uğrunda mübarizə aparmaq imkanı əldə etdim. Strollu keçdikdən sonra sürətli bolidlərin mənə çatmasının zaman alacağına ümid edirdim. Yekunda təkcə Fettel məni keçə bildi. Son dövrələrdə çox həyəcanlı idim və yenidən hücum etməli oldum.

Yarış sürətimiz çox yüksək idi. Sıralama turunda problemlərimiz var idi. İlk seqmenti belə, güclə keçdik. Ancaq yarışda hər şey qaydasında getdi. Finiş anı çox emosional idi. Bu, mənim ümumilikdə üçüncü, "Formula 1"-ə qayıtdıqdan sonra isə ilk podiumum idi. Tarix yazmaq inanılmazdı. Çünki bu, "Toro Rosso"nun 11 il ərzində ilk podiumu idi. Fantastik hisslər idi. Çox xoşbəxtəm. Bu pozitiv enerjini qorumağa çalışacağıq. Hamıya dəstəyə görə təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə belə yarışlardan çox olacaq".

Qeyd edək ki, Kvyat Almaniya Qran-prisində finişə üçüncü çatmışdı. Yarışdan bir gün əvvəl rus pilotun qızı dünyaya gəlmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR