Danimarka klubu

Danimarka klubu "Sabah"a təklif göndərdi - Bəhlula görə

Danimarka klubu "Veyle” Azəbaycan yığmasının və "Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadəni heyətinə qatmaq istəyir.

Sport7.az xəbər verir ki, klub rəsmi olaraq paytaxt təmsilçisinə müraciət edib. Bu barədə Danimarka mətbuatı məlumat yayıb. 1,91 sm boya malik mərkəz müdafiəçisi Danimarka çempionatı üçün ən yaxşı seçim olacağı bildirilib. Mustafazadənin "Sabah”da, eyni zamanda millidə daimi meydana çıxması da "Veyle”nin seçimində rol oynayıb.

Yenicə əməliyyat olunmuş Bəhlul xeyli vaxtdı meydana çıxmır. Amma bu da danimarkalıların ona görə kluba rəsmi təklif göndərməsinə əngəl sayılmayıb.

"Veyle” Mustafazadəni yaya kimi icarəyə götürmək, daha sonra isə uzunmüddətli müqavilə bağlamaq niyyətindədi.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR