David De Hea gələn mövsüm də

David De Hea gələn mövsüm də "Mançester Yunayted"də qalacaq

David De Hea növbəti mövsümdə də "Mançester Yunayted"də oynayacaq.
 
Sport7.az xəbər verir ki, ingiltərə mətbuatı baş məşqçi Ole Qunnar Sulşerin qapıçıya etibar etiyini və onu "Şeffild Yunayted"də icarədə olduğu dönəmdə özünü yaxşı tərəfdən göstərməyi bacaran Dean Hendersonla əvəzləməyə hazır olmadığını yazıb. 
 
Bu mövsüm o qədər də uğurlu çıxış etməməsinə baxmayaraq baş məşqçi ispan qapıçıya böyük inam bəsləyir.  Bu üzdən De Heanın ən azı gələn mövsüm də "Qırmızı Şeytanlar"ın "çərçivəsi"ni qoruyacağını bildirilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR