David Hili:

David Hili: "Bu qələbə mənim üçün yaxşı xatirədi"

Avroliqanın "pley-off" mərhələsi çərçivəsində Belfastda baş tutan "Qarabağ"la oyundan sonra "Linfild"in baş məşqçisi David Hili fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında bunları söyləyib: "Bu qələbə mənim üçün Şimali İrlandiya yığmasında İngiltərə və İspaniyanı məğlub etdiyimiz oyunlar kimi yaxşı xatirədir. Futbolçularımın nəyə qadir olduqlarını bilirəm. Ona görə də məni təəccübləndirmədilər. "Qarabağ”a qarşı oyunda qalib gəlmək inanılmazdı. Futbolçular təzyiqə tab gətirib, "dişlərini göstərdilər”. Hər birinə əhsən! Bir həftə sonra Bakıda da göstərə biləcəklərimiz var”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR