David Silva növbəti mövsümün sonunda

David Silva növbəti mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq

2019-20 mövsümü David Silvanın "Mançester Siti"dəki sonuncu mövsümü olacaq.
 
İspan futbolçu bu barədə qərarını açıqlayıb:

"Bu, mənim "Mançester Siti"dəki sonuncu mövsümümdü. 10 il kifayətdi. Başlanğıcda klubla 2 illik müqavilənin detallarını müzakirə etsək də, sonda 1 illik sazişdə qərar qıldım.

Bu, tsiklin sonudu. Özümü başqa komandanın heyətində "Siti"yə qarşı oynayarkən təsəvvür edə bilmirəm.

Çempionlar Liqasını qazana bilmədik. Ancaq hər mövsüm sonuncu mövsüm kimi olacaqsa, mənim üçün problem yoxdu.

Uşaq olanda bu nöqtəyə gələcəyimi təsəvvür belə etməzdim. 10 il ərzində "Siti"də nail olduğum uğurlara görə çox məmnunam.

Karyeramı harada davam etdirəcəyimi bilmirəm. Dəqiq olan bir şey var: Çinə getmək niyyətində deyiləm. "Las-Palmas"da futbolla vidalaşmaq istəyərdim. Ancaq futbolda gedişatı təxmin etmək olmur".

David Silva 2010-cu ildə "Valensiya"dan transfer edilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR