De Byazinin köməkçisi Bakıya gələcəyi tarixi açıqladı

De Byazinin köməkçisi Bakıya gələcəyi tarixi açıqladı

Millimizin yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən Alessandro Skayya "Ternana Time" nəşrinə açıqlama verib. 

Sport7.az xəbər verir ki, fiziki hazırlıq üzrə mütəxəssis yeni iş yeri ilə bağlı fikirlərini səsləndirib. 

Onun sözlərinə görə, "Yeni işim mənə çox maraqlı gəlir və sözsüz, digərlərindən fərqlənir".

Skayya avqustun 9-da Bakıya yola düşəcəyini də bildirib: "Beləliklə yeni işimə başlayacağam. Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyunumuzu keçirəcəyik. Turnirə daha yaxşı hazırlaşmaq üçün avqust ayında Azərbaycanda olacağıq. Sonra isə hər ayın təqribən 10 gününü və ya hər hansı rəsmi öhdəlik götürənədək bu ölkədə işləyəcəyəm".

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR