De Kolo NBA-ya qayıda bilər

De Kolo NBA-ya qayıda bilər

ÇSKA-nın qardı Nando De Kolo mövsümlərarası fasilədə NBA-ya qayıda bilər.

Bu barədə insayder Emiliano Karçia məlumat yayıb. De Kolonun klubla olan müqaviləsi başa çatır. O, 1 iyuldan etibarən "azad agent" statusunda olacaq.

De Kolonun NBA-dakı haqları "Toronto"ya məxsusdu. "Rəptors" digər klubların təkliflərini təkrarlamaq hüququna sahibdi.

Fransız basketbolçu daha əvvəl "San Antonio" və "Toronto"da çıxış edib. NBA-da 119 matçda meydana çıxan De Kolo 3,8 xal, 1,8 ribaund və 1,7 assist ortalamaları ilə oynayıb.
 
Qeyd edək ki, Nando De Kolo ÇSKA-nın heyətində iki dəfə (2016, 2019) Avroliqanın qalibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR