De Kolo ÇSKA-dan ayrıldı

De Kolo ÇSKA-dan ayrıldı

Nando De Kolo ÇSKA-nı tərk edib.

Bu barədə klubun saytı məlumat yayıb. O, 2014-cü ildə "Toronto"dan ÇSKA-ya keçmişdi. Qısa müddət ərzində komandaya uyğunlaşan De Kolo "hərbçilər"in heyətində iki dəfə Avroliqanın qalibi olmaqla yanaşı, turnirin "ən dəyərli oyunçusu" (MVP) da seçilib.

De Kolo ÇSKA forması ilə 292 matçda meydana çıxıb. Fransız basketbolçunun ortalama göstəriciləri belədi: 16,4 xal, 2,9 ribaund, 3,9 assist və 1,2 top oğurlama.

De Kolonun karyerasını "Real"da davam etdirəcəyi gözlənilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR