De Lixt:

De Lixt: "Ronaldudan, Buffondan və Kyellinidən öyrənəcəyim çox şey var"

"Yuventus"un transferi Matteys de Lixt yeni klubunda 4 nömrəli forma altında çıxış edəcək.

Hollandiyalı futbolçu forma məsələsi və "Yuve"dəki hədəfləri barədə fikirlərini bölüşüb:

"4 nömrənin mənim üçün xüsusi önəmi var. "Ayaks"da həmişə 4 nömrəli formanı geymişəm. "Yuve"də 4 nömrə boşda idi. Keçmişdə klubda bu formanı geyinən futbolçular (Patrik Vieyra, Beppe Furino - Sport7.az) haqqında maraqlı hekayələr eşitmişəm. Ənənəni davam etdirməli olacam. Bu formanı geymək imkanı əldə etdiyim üçün qürurluyam. Burada böyük uğurlar qazanacağıma ümid edirəm.

"Ayaks"da gənc oyunçularla yanaşı, təcrübəli olanlar da var idi. Burada isə futbolçular daha yaşlı və daha çox təcrübəlidilər. Ronaldudan, Buffondan və Kyellinidən öyrənəcəyim çox şey var. Onlardan öyrənərək oyunumu inkişaf etdirmək istəyirəm.

Mənim üçün ən önəmli şey adaptasiya prosesidi. Oynamaq istəyirəm. Bu səbəbdən də özümü məşqlərdə göstərməliyəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR