"De Sanctisin yerine Azeri Buffon!"

Türkiyə mıətbuatında "De Sanctisin yerine Azeri Buffon!" başlıqlı xəbərdə "Neftçi"nin qapıçısının "Roma"nın transfer siyahısına düşdüyü qeyd olunub.
 
Sport7.az xəbər verir ki, qardaş ölkənin mətbuatı gənc qapıçı Balayev "Azərbaycanın Buffonu" ləqəbi ilə tanıdığnı yazıb.

Haberturk.com, fanatik.com.tr "De Sanctisin yerine Azeri Buffon!" başlığı altında xəbər paylaşıblar. 20 yaşlı qolkiperlə Avropanın öndə gedən klubları, xüsusən də "Roma" maraqlanır. "Roma"da bir müddət "Qalatasaray"da forma geyinən Morqan De Sanktisin karyerasını bitirməyə hazırlaşması bu transferə zəmin yaradıb. "Roma" rəsmiləri "İnter" matçı başda olmaq üzrə Emil Balayevi izləyə başlayıb. Klubla müqaviləsi dekabrda bitəcək gənc qapıçı üçün transfer haqqı ödənməyəcəyi onu bir çox klubun maraq dairəsinə salıb" deyə müəllif qeyd edir.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR