Del Potro

Del Potro "US Open"ə qatılmayacaq

Xuan Martin del Potro "US Open"də iştirak etməyəcək.

Del Potro sağ dizindəki əməliyyatdan sonra hələ də tam bərpa oluna bilməyib. Onun əvəzinə Denis Kudla turnirə qatılacaq. Əvəzedicilər sırasında növbəti isim isə Malek Jaziridi.

Beləliklə, ötən il "US Open"də final oynayan argentinalı tennisçi reytinq xallarının yarısından artığını (2050 xaldan 1200-nü itirəcək) qoruya bilməyəcək və 15-ci pillədən top-70-in sonlarına doğru geriləyəcək.

Del Potro 2009-cu ildə "US Open"in qalibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR