Demarkus Kazıns yeni mövsümün tamamını qaçıra bilər

Demarkus Kazıns yeni mövsümün tamamını qaçıra bilər

"Leykers"in mərkəz oyunçusu Demarkus Kazınsın sol dizinin çarpaz bağları yırtılıb.

ESPN-in xəbərinə görə, bu səbəbdən Kazıns 2019-20 mövsümünün tamamını qaçıra bilər. 29 yaşlı basketbolçu bazar ertəsi Las-Veqasda keçirilən məşq zamanı zədə almışdı. Ötən gün "Leykers"in həkimləri onun dizinin çarpaz bağlarının yırtıldığını təsdiqləyiblər.

Əməliyyatın nə zaman olacağı və bərpa prosesinin nə qədər davam edəcəyi məlum deyil.

Kazıns iyul ayında "Leykers"lə 3,5 milyon dollar dəyərində olan 1 illik müqaviləyə imza atmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR