Dembele

Dembele "Mançester Yunayted"ə keçə bilər

"Lion"un hücumçusu Mussa Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Daily Mail"in xəbərinə görə, "Mançester Yunayted" Dembelenin xidmətində maraqlıdı. "Qırmızı şeytanlar"ın skautları "Sent-Etyen" - "Lion" oyununda 23 yaşlı futbolçunu yaxından izləyiblər.

Dembele əksər hallarda "Lion"un start heyətindən kənar qalır. Buna görə də MY forvardın transferini aşağı qiymətə həll etməyə çalışır.

Qeyd edək ki, cari mövsümdə Liqa 1-də 8 matçda meydana çıxan Dembele 6 qola imza atıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR