Demian Lillard:

Demian Lillard: "Başqa ulduzlarla birlikdə oynayıb, titul qazanmağın marağı yoxdu"

"Portlend"in lideri Demian Lillard çempion olmaq üçün komandadan ayrılmaq niyyətində olmadığını bir daha bildirib:

"Söhbət komandaya sədaqətdən getmir, əsas məsələ şəhərdi.

Hazırda oyunçular nəzarəti öz əllərinə alırlar. Çünki indi bunun üçün yaxşı vəziyyət yaranıb. Heç vaxt belə fürsətlər olmayıb. Bu məsələ ilə bağlı bir problemim yoxdu, sadəcə, mən başqa cür düşünürəm. Həmin yoldan getmək istəmirəm. Mən fərqli istiqamət seçmişəm, onlar fərqli...

Komandadan ayrılmaq? Bu qədər müddət ərzində niyə özümü inkişaf etdirirəm? Bütün bunlar "Portlend"dən ayrılmaq üçün idi? Başqa üç ulduzla birlikdə oynasam, yəqin ki, çox az insan uğur qazanacağımıza şübhə ilə yanaşar. Çox güman ki, titul qazanardıq, amma bunun marağı olmazdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR