Devid Bekhem evinə tunel çəkdirir

Devid Bekhem evinə tunel çəkdirir

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem və həyat yoldaşı Viktoriya oğrulardan qorunmaq üçün evlərinə tunel çəkdirmək qərarına gəliblər. 

Sport7.az xəbər verir ki, may ayının 14-də qonşuları Dele Allinin evinə girən orğu tərəfindən bıçaqlanması və Riyad Mahrezin evindən 400 min avroluq saatın oğurlanması Bekhem ailəsini qorxuya salıb. 

Onlar İngiltərənin "Cotswolds" bölgəsində yerləşən villalarının qarajına bağlanacaq tunel üçün artıq rəsmi müraciət ediblər. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR