Dibala

Dibala "Yuventus"dan illik 12 milyon avro maaş tələb edir

"Yuventus" Paulo Dibala ilə yeni müqavilənin şərtlərini müzakirə edir.

Jurnalist Nikolo Skiranın xəbərinə görə, Dibala illik 12 milyon avro məvacib tələb edir. "Yuventus" isə argentinalı futbolçuya 9 milyon avro və bonuslar təklif edib.

Dibalanın müqaviləsi 2022-ci ildə başa çatır. Turin klubu sözləşməni 2025-ci ilə kimi uzatmaq istəyir.

Cari mövsümdə 32 matçda meydana çıxan 26 yaşlı oyunçunun aktivində 12 qol, 12 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR