Dieqo Simyone

Dieqo Simyone "Qarabağ"la oyundan danışdı

Çempionlar Liqasının 1/8 finalının cavab matçında evdə 1:0 hesabıyla yendiyi "Liverpul”u rəqib meydanında da üstələyərək (3:2) növbəti mərhələyə adlayan "Atletiko”nun baş məşqçisi Dieqo Simeone "Qarabağ”la oyunları yada salıb.
 
Sport7.az xəbər verir ki, Madrid klubunun çalışdırıcısı mətbuat konfransında ÇL-in qrupunda keçirdiyi matçlarda Madrid təmsilçisinə uduzmayan (0:0, 1:1) Ağdam komandası haqda bunu deyib: "Qarabağ” bizi Çempionlar Liqasının qrupunda saxlamışdı. Yadınıza gəlir? Futbol belədi. Əsas olan rəqibin zəif cəhətlərini müəyyənləşdirməkdi. Bu işin öhdəsindən lazımınca gəldik”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR