"Dinamo" Ramil Şeydayevə görə cəzalandı

Moskva "Dinamo"sunun yeni futbolçuları qeydiyyatdan keçirməsinə qadağa qoyulub.

Sport7.az xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatası qərar çıxarıb. Palata bu qadağaya səbəb kimi millimizin hücumçusu Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt pozuntuların olması göstərilib.

Şeydayevin əmək müqaviləsinin əsaslandırılmamış səbəblər olmadan pozulmasına və kompensasiya tələbinə dair ərizəsi də qismən təmin edilib. Yeni oyunçuların qeydiyyatdan keçirilməsinə qadağa Şeydayev qarşısında öhdəliklər yerinə yetiriləcəyi təqdirdə götürülə bilər. Həmin öhdəlikləri RFS-in Mübahisələrin Həlli Palatası müəyyənləşdirib.

Ramil "Dinamo"ya 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində keçib. 2020-ci ilin yanvarında Moskva klubu 24 yaşlı hücumçu ilə müqaviləni pozduğunu açıqlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR