"Dinamo”nun azərbaycanlı futbolçusu zədələndi

Gürcüstan çempionatının 8-ci turunda Batumi "Dinamo”su ilə oyunun əvvəlində zədələnən azərbaycanlı yarımmüdafiəçi Nicat Qurbanovun durumuna aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, görüşün 10-cu dəqiqəsində ağır zədə alaraq meydandan çıxan futbolçu bu gün müayinədən keçib.
 
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçuda əzələ problemi var. Bu üzdən o, azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq. 

8 turdan sonra hesabında 8 xal olan "Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Əsas heyət üzvlərindən olan Nicat bu oyunlarda 3 qol vurub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR