Dmitri Nazarov koronavirus testindən keçdi - Nəticə...

Dmitri Nazarov koronavirus testindən keçdi - Nəticə...

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçularından koronavirusla bağlı analiz götürülüb. 

Sport7.az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, bütün futbolçuların testləri neqativ çıxıb. Onların heç birində virusun simptomlarına rast gəlinməyib.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR