Dmitri Nazarov

Dmitri Nazarov "təmiz" çıxdı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun klubu Almaniya "Ertsgebirge"sinin üzvlərindən növbəti dəfə götürülmüş koronavirus testinin nəticələri açıqlanıb. 

Sport7.az xəbər verir ki, bu barədə klubu rəsmi saytı məlumat yayıb.
 
II Bundesliqa təmsilçisinin işçiləri, futbolçular və məşqçilər heyətinin heç birində virusun simptomları aşkarlanmayıb.

Qeyd edək ki, mayın 16-da Almaniyanın əsas və II Bundesliqasında cari mövsüm bərpa olunacaq. "Ertsgebirge" XXVI turda evdə "Zandhauzen"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Aue təmsilçisi 25 turdan sonra 34 xalla 8-ci pillədədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR