"Dnepr"in lideri: "Əsas rəqibimiz "Qarabağ"dı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Dnepr"in yarımmüdafiəçisi Ruslan Rotan Ukrayna mətbuatına müsahibə verib. Sport7.az zədə səbəbindən "Sent-Etyen"lə oyunu buraxan Rotanın açıqlamalarını təqdim edir.

- Fransa təmsilçisi ilə oyunu necə izlədin?
- Qərara aldıq ki, evdə qalıb məşq edəcəm. Oyunu televiziya ilə izlədim.

- "Dnepr"in müqəddəratı "Qarabağ"la oyunlarda həll olunacaq?
- Hesab edirəm ki, məhz bu 2 oyun və Fransa təmsilçisi ilə təkrar qarşılaşma həlledici olacaq.

- "İnter" artıq əlçatmazdı?
- Hesab edirəm ki, "İnter" ilk iki turdan sonra kifayət qədər xal fərqi yarada bilib. Yəqin ki, biz 2-ci vəsiqə uğrunda mübarizə aparacağıq.

- Nəyə görə "Dnepr"in bütün problemləri avrokuboklarda başlayır? Keçirdiyiniz 6 oyunda cəmi 1 qələbə qazanmısınız...
- Ardıcıl iki oyun da eyni heyətlə keçirə bilmirik. Zədə və cəza səbəbindən məşqçi heyətə bəzən 5 yeni oyunçu daxil etməli olur. Bu da bizim sabitliyimizi heç cür artıra bilməz. Üstəlik yeni baş məşqçinin gəlməsini də unutmaq olmaz. Kollektivi istədiyi kimi qurmaq üçün onun zamana ehtiyacı var. Deməli, səbr etmək lazımdı.

- Hücumçularınıza nə olub? Ardıcıl 3 oyundu qol vura bilmirlər.
- Nəticəyə görə hamımız cavabdehik: vurulan qollara görə də, buraxılanlara görə də bütün kollektiv məsulliyət daşıyır. Bütün günahı hücumçuların üstünə atmaq lazım deyil. Söz verirəm ki, yaxın zamanda bu statistikaya əl gəzdirəcəyik.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR