Dodo kollektiv məşqlərə qoşuldu, Ruslan Abışov

Dodo kollektiv məşqlərə qoşuldu, Ruslan Abışov "Qəbələ"dən ayrıldı

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən "qırmızı-qaralar” təlim-məşq toplanışının VIII gününü 2 məşqlə başa vurub. 

Sport7.az xəbər verir ki, "qırmızı-qaralar” hazırlıq zamanı əsasən toplu çalışmalara üstünlük verib. 

Roman Qriqorçukun yetirmələri məşq zamanı taktiki hazırlıq üzərində də çalışıb. Toplanışın əvvəlki hissəsində fərdi məşqlərlə kifayətlənən braziliyalı Dodo komandayla birlikdə hazırlıq keçib. Dodonun həmyerlisi Rikardinyo və Ruslan Əmircanov isə fərdi məşqlə kifayətləniblər. 

Qeyd edək ki, milli üzvləri - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov  komandaya təlim-məşq toplanışının II hissəsində - Qəbələdə qoşulacaq. Klubun rəsmi saytının artıq digər milli üzvü Ruslan Abışovun komandaya qoşulacağını qeyd etməməsi isə bu futbolçunun böyük ehtimalla, "Qəbələ"ni tərk etdiyinə işarədir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR