Dominik Tim karyerasının 15-ci titulunu Pekində qazandı

Dominik Tim karyerasının 15-ci titulunu Pekində qazandı

Pekində keçirilən "China Open" turnirinə yekun vurulub.

Kişilərin mübarizəsində final görüşündə Dominik Tim və Stefanos Tsitsipas qarşılaşıb. 2 saat 13 dəqiqə davam edən görüşdən avstriyalı tennisçi 2:1 hesabı ilə qalib ayrılıb.

Beləliklə, Tim mövsüm ərzində 4-cü, karyerasının isə 15-ci titulunu qazanıb.


China Open (ATP 500)

Pekin, Çin

Final

Dominik Tim (Avstriya) - Stefanos Tsitsipas (Yunanıstan) - 2:1 (3:6, 6:4, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR