Dominik Tim Serena Vilyamsın komanda yoldaşı olmaq istəyir

Dominik Tim Serena Vilyamsın komanda yoldaşı olmaq istəyir

"Rolan Qarros"da mətbuat konfransı zamanı Dominik Tim və Serena Vilyams arasında problem yaranmışdı.

Hadisələrin davamı olaraq, avstriyalı tennisçi Serenanın xarakterinin pis olduğunu vurğulamışdı.

Tim son açıqlamasında isə fərqli fikirdə olduğunu bəyan edib. O, mikstdə Vilyamsla birlikdə korta çıxmaq niyyətindədi:

"Baş verənlər böyük səs-küyə səbəb oldu. Səbəbini hələ də başa düşə bilmirəm. Serena böyük çempiondu. Onun nəticələri möhtəşəmdi. Hazırda aramızda heç bir gərginlik yoxdu. "Uimbldon"da və ya "US Open"də mikstlərin yarışında onunla komanda yoldaşı olmaq istəyərdim".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR