Dominik Tim Vyanada keçirilən turnirin qalibi olub

Dominik Tim Vyanada keçirilən turnirin qalibi olub

Avstriyanın Vyana şəhərində keçirilən, "ATP 500" seriyalı turnirə yekun vurulub.

Final görüşündə Dominik Tim və Dieqo Şvartsman üz-üzə gəlib. İlk setdən Şvartsman qalib ayrılsa da, Tim geridönüş etməyi bacarıb. Avstriyalı tennisçi yekunda 2 saat 27 dəqiqə davam edən matçdan 2:1 hesabı ilə qalib ayrılıb. Bu, onun Vyanada qazandığı ilk tituldu.


Erste Bank Open (ATP 500)

Vyana, Avstriya

Final

Dominik Tim (Avstriya) - Dieqo Şvartsman (Argentina) - 2:1 (3:6, 6:4, 6:3)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR