Dopinqdən istifadə edən iranlıya uduzan güləşçimizə çempionluq verdilər

Dopinqdən istifadə edən iranlıya uduzan güləşçimizə çempionluq verdilər

Dünya Çimərlik Oyunlarının güləş yarışlarında iki çəkidə medalçılar dəyişib.

Sport7.az xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) 2019-cu ilin oktyabrında Qətərin paytaxtı Dohada keçirilmiş ilk Dünya Çimərlik Oyunlarının güləş yarışlarında qadınlarda 50 kq-da, kişilərdə isə +90 kq-da çıxış edən idmançılardan birinin dopinq testinin müsbət çıxdığını elan edib. Yasaq preparatdan istifadə etdiyi aşkarlanan iranlı Puya Rəhmani qazandığı qızıl medaldan məhrum olub. Nəticədə ən ağır çəkidə növbəti yerləri tutanlar müvafiq olaraq bir pillə yüksəlib.
 
Beləliklə, Ufuk Yılmaz (Türkiyə) qızıl, Mamuka Kordzaya (Gürcüstan) gümüş, Oyan Nəzəriani isə bürünc medalçı elan olunub. Oyan yarımfinalda dopinqdən istifadə edən Rəhmaniyə məğlub olmuşdu.

Bununla da ilk Dünya Çimərlik Oyunlarında güləşçilərimizin qazandığı medalların sayı üçə çatıb. Xatırladaq ki, Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) Dohada gümüş medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR