"Borussiya" "Bayer"in yarımmüdafiəçisi Yulian Brandtı heyətinə qatıb.
23 yaşlı futbolçunun Dortmund klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Brandtın Leverkuzen təmsilçisi ilə müqaviləsi 2021-ci ildə başa çatırdı. Sadəcə, sazişdə sərbəst qalma məbləği qismində 25 milyon avro göstərilmişdi.
2014-2019-cü illərdə "Bayer" forması ilə 217 matçda meydana çıxan Y. Brandtın aktivində 34 qol var.
Qeyd edək ki, Dortmund "Borussiya"sı daha əvvəl Torqan Azar və Niko Şultsun transferini ictimaiyyətə açıqlamışdı.

Sport7.az