Dortmundda

Dortmundda "Borussiya" - "Qəbələ" matçını izləmək istəyənlər üçün şans

"Qəbələ" yeni kampaniyaya start verib. Sport7.az xəbər verir ki, "qırmızı-qaralar" azarkeşlərinə əla şans tanıyıb. 

Kampaniyanın şərtləri ilə sizi tanış edirik:

"Qəbələ” azarkeşisən? O zaman bu kampaniyanı qaçırma. Sevimli komandanın formasını al, "Qəbələ” - "Borussiya” Dortmund oyununa ilk bileti sən əldə et.

Forma (25 AZN) + Bilet (3 AZN) = 27 AZN

Forma (25 AZN) + Bilet (5 AZN) = 29 AZN

Forma (25 AZN) + Bilet (10 AZN) = 33 AZN

Forma (25 AZN) + Bilet (20 AZN) = 42 AZN

Bundan əlavə forma almaqla:

- "Qəbələ”ni Dortmundda dəstəkləmək şansı qazan
- "Sarar”dan kostyum əldə et
- Futbolçularımızın imzaladığı forma sənin olsun

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində baş tutacaq "Qəbələ"-"Zirə" matçından öncə kampaniya iştirakçıları arasında lotoreya keçiriləcək və yuxarıdakı 3 mükafat üzrə qalib müəyyənləşdiriləcək.

Formaları və biletləri "Go Sport” İdman Malları Mağazasından əldə edə bilərsiniz.
Ünvan: Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə

Oktyabrın 20, 21 və 22-i paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq.
Formanı aldıqdan sonra qeydiyyat blankını doldurmağı unutmayın.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR