"Düdelanj"ın baş məşqçisi: "Almeydanı durdura bilmədik"

Avroliqanın qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Düdelanj"ın baş məşqçisi Bertrand Krasson fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, aparıcı futbolçularının cəzalı duruma düşməsinə baxmayaraq, əvəzedilməz futbolçunun olmadığını, bildirən Krasson bunları söyləyib: "Heyətdə nəyə qadir olduğunu göstərmək istəyən oyunçularımız var”.

Sinani ilə yanaşı, Krassonun özü də bugünkü matçda cəzalı durumda olacaq. 48 yaşlı mütəxəssis sarı vərəqə limitini doldurub. Bu səbəbdən, "Düdelanj”ı meydana belçikalı baş məşqçinin köməkçisi Lexit Zeqdan çıxaracaq: "Onunla baxışlarımız eynidir. Nə istədiyimi bilir və fikirlərimi komandaya çatdıracaq. Lakin futbolçular da məsuliyyəti öz üzərlərinə götürməlidirlər”.

APOEL ilə matçda 3-4-3 sxeminə üstünlük verən Krassonun "Qarabağ”la görüşdə 3-5-2 düzülüşündən yararlanacağı gözlənilir. Baş məşqçi futbolçularının Ağdam təmsilçisinin yarımmüdafiəçiləri – Riçard Almeyda və Miçelə mane olmalarını istəyir. O, Lüksemburqda "Qarabağ”a 1:4 hesabı ilə uduzmalarının səbəbini bu cür izah edib: "Riçard ilk oyundan bizə çoxlu problem yaratdı. Oyun qurucusu olan Almeydanı durdura bilmədik və bu amil matçda açar rol oynadı. Onun qarşısını almaq üçün taktiki cəhətdən də lazımi tədbir görməmişdim. Bu matçda Avropa Liqasında 5 oyundan 2-ni buraxan Mario Pokardan pleymeyker kimi istifadə edəcəyik”.

Bakıda "Fairmont” otelində məskunlaşan "Düdelanj” Bakıya 97 nəfərin yer aldığı çarter reysi ilə gəlib. Onlardan 39-u komandanın azarkeşidir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR