Dünya çempionatı: Dina Averina birinci yerdədir

Dünya çempionatı: Dina Averina birinci yerdədir

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqram üzrə halqa və topla təsnifat mərhələsində D qrupundakı çıxışlara yekun vurulub.

Sport7.az xəbər verir ki, С və D qruplarındakı çıxışların nəticəsinə görə, halqa ilə yarışlarda Rusiya təmsilçisi Dina Averina 23,650 xalla gimnastların sıralamasında birinci olub. İsrailli Linoy Aşram 23,550 xalla ikinci, digər rusiyalı Yekaterina Seleznyova (23,400) isə üçüncü pillədə yer alıblar.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR