Dünya çempionatı Serbiyada keçiriləcək

Dünya çempionatı Serbiyada keçiriləcək

Kişi boksçuların 2021-ci il dünya çempionatının ev sahibi müəyyənləşib.

Sport7.az Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2021 Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək. Turnirin dəqiq tarixləri ilə bağlı daha sonra açıqlama veriləcək.

Əslində, dünya çempionatı Yeni Dehlidə keçirilməli idi. Ancaq Hindistan AIBA qarşısındakı öhdəliklərini yerinə yetirmədiyindən, ev sahibliyindən məhrum edildi. Yeni Dehli buna görə 500 min dollar cərimələnib.

Belqrad tarixində ikinci dəfə boks üzrə dünya çempionatına ev sahibliyi edəcək. İlk belə turnir 1978-ci ildə keçirilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR