Dünya çempionatının vaxtı və məkanı müəyyənləşdi

Dünya çempionatının vaxtı və məkanı müəyyənləşdi

Dünya Taekvonodo Federasiyasının prezidenti Dr. Cung Von Conun rəhbərliyi altında video konfrans üsulu ilə idarə heyətinin yığıncağı baş tutub.
 
Sport7.az xəbər verir ki, yığıncaqda beynəlxalq tədbir və yarışlarla bağlı vacib qərarlar qəbul edilib.

Görüşdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edib. Bax, DT-ni idmançının sağlamlığını prioritetləşdirmək səylərinə görə təbrik edib, coronavirus pandemiyasının başlamasından sonra ilk dəfə beynəlxalq federasiyanın iclasında iştirak etdiyini vurğulayıb. Koronvirus pandemiyası səbəbiylə əhəmiyyətli beynəlxalq tədbirlərlə əlaqədar ləğv və təxirə salınma qərarları qəbul edilərkən bəzi yarışlara ev sahibliyi edən ölkələr də müəyyən edildi.
 
Qəbul edilmiş qərarlarlara əsasən yeniyetmələr arasında dünya birinciliyi 2021-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində, 2022-ci il gənclər arasında dünya birinciliyi və gənclərin Olimpiya Oyunlarına təsnifat turniri Seneqalın Dakar şəhərində keçiriləcək. Poomse üzrə dünya çempionatı isə 2022-ci ildə Cənubi Koreyanın Goyang şəhərində təşkil olunacaq. 2022-ci il Qran-pri turniri isə İngiltərə, Sinqapur və İordaniya krallığında baş tutacaq.

Təsdiq edilmiş digər düzəlişlərə əsasən, dünya çempionatı, Qran-pri final və Qran-pri seriyalarının hər dərəcəsi 2 pillə yüksəlib. Dünya çempionatı üçün dərəcə 12 ilə 14 arasında, "Qran-pri" seriyaları üçün 4 ilə 6 arasında, "Qran-pri" finalı üçün 8 ilə 10 arası dəyişilib.

Pandemiya ilə əlaqədar dəyişikliklər olmasa Assambleyanın növbəti yığıncağı oktyabrda Bolqarıstanın Sofiya şəhərində keçirilməsi nəzərdə tutulur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR