Dünya çempionu millimizə böyük məşqçi təyin edildi

Dünya çempionu millimizə böyük məşqçi təyin edildi

Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib.
 
Sport7.az xəbər verir ki, 29 yaşlı Elvin Məmişzadəyə yığmamızın böyük məşqçisi vəzifəsi həvalə edilib.

Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandamızın düşərgəsinə qoşulub.

Elbrus Rzayevin yetirməsi olan Məmişzadə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib.
 
Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR