Dünya çempionu saat şirkətinə uduzdu

Dünya çempionu saat şirkətinə uduzdu

Avropa Apellyasiya Məhkəməsi "Formula 1" pilotu Lüis Hemiltonun ABŞ-ın "Hamilton" saat şirkəti ilə bağlı iddiasını rədd edib.
 
Sport7.az xəbər verir ki, bu barədə "racefans.net" məlumat yayıb.
 
Xəbərə görə, təqdim olunan arqumentlərin əsassız olduğunu nəzərə alan apellyasiya heyəti firmanın 7 qat dünya çempionunun ad və soyadından istifadə etmədiyinə dair qərar çıxarıb. Bunun sadəcə, ticarət nişanı olduğu və adın ingilisdilli ölkələrdə kifayət qədər geniş yayıldığı bildirilib.

"Hamilton" şirkəti məhkəmədə 1892-ci ildən bəri bu ad altında saatlar istehsal etdiyini sübuta yetirib.

Qeyd edək ki, Lüis Hemilton daha əvvəl 2017-ci ildə saat brendini məhkəməyə verib. 3 il davam etmiş proses britaniyalı pilotun məğlubiyyəti ilə başa çatıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR