Dünya çempionu toyuna qadın çağırmadı (FOTO)

Dünya çempionu toyuna qadın çağırmadı (FOTO)

Dünya çempionu Ayxan Mamayevin toyu olub.

Sport7.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin məşhur karateçisi özünə təmtəraqlı toy məclisi qurub. Ayxan Şəhla adlı xanımla evlənib.

Paytaxt restoranlarından birində təşkil olunan məclisdən görüntüləri qonaqlar "Instagram”da paylaşıblar. Diqqət çəkən məqamlardan biri isə şənlikdə yalnız kişilərin yer alması olub.

Qeyd edək ki, Ayxan Mamayevin nişanı ötən ilin avqustunda baş tutub. İdmançı nişan fotosunu paylaşan zaman gəlinin üzünü ürək işarəsi ilə bağlayıb. Beləcə, o gələcək həyat yoldaşını mediadan gizli saxlayıb. 
 





OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR