Dünya çempionumuzun ölümünə səbəb olan qəzanın videosu yayıldı (VİDEO)

Dünya çempionumuzun ölümünə səbəb olan qəzanın videosu yayıldı (VİDEO)

Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qəzada ölən MMA üzrə dünya və avropa çempionu Fərhad Poladovun hadisəsi ilə bağlı görüntülər ortaya çıxıb.

Sport7.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Poladovun idarə etdiyi "Niva" markalı avtomobilin əks yola çıxaraq digər maşınla toqquşduğu əks olunub.  

İyunun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Bakıda yol qəzasına uğrayıb. İdmançı hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançı dünyasını dəyişib.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR